Səhiyyə Nazirliyi Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə Məhərrəm ayının 10-u - Aşura günü ilə əlaqədar könüllü qanvermə aksiyasını davam etdirir.
Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, bu gün saat 12:00-a kimi olan məlumata əsasən, ümumillikdə respublika üzrə 885 vahid qan yığılıb.
Bakı üzrə 630, regionlarda da isə 255 vahid qan toplanıb.
***
Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankı tərəfindən Aşura günü ilə əlaqədar Bakı şəhəri və müxtəlif regionlarda keçirdiyi könüllü qanvermə aksiyasında saat 16:00-a kimi 1699 vahid qan toplanılıb.
Bunun 1210 paytaxt üzrə, 489 vahidi isə regionların payına düşür.
***
Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan tərərfindən Aşura günü ilə əlaqədar Bakı şəhəri və müxtəlif regionlarda yerləşən bölmələri tərəfindən qanvermə aksiyası keçirilir.
Saat 18:00 kimi olan məlumata əsasən, ümumillikdə respublika üzrə 1787 vahid qan yığılıb.
Son xəbərlər
Son Xəbərlər