At leşini satmağa aparanda tutuldu

at-lesini-satmaga-aparanda-tutuldu
Oxunma sayı: 695

Daxili İşlər Nazirliyinin Qəbələ  Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən İsmayıllı rayonu Mican kənd sakini Rasulov Qorxmaz Şəfaqət oğlunun idarə etdiyi "Vaz-2016" markalı 07-BD-765 dövlət nömrə nişanlı minik avtomobilinə Qəbələ rayonu Məmmədağalı kəndindən İsmayıllı-Qəbələ magistral yoluna çıxarkən baxış keçirilib. 

Dövlət Baytarlıq Xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, baxış zamanı avtomobilin yük yerində mənşəyi bəlli olmayan, dərisi soyulmamış 1 baş atın şaqqalara bölünmüş əti aşkar olunub.

Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən götürülən nümunələrdə bakterioloji çirklənmə (BÇQB, stafilakokkos aureus, salmonella typfimurium) aşkar edilib. 

Biokimyəvi müayinələrin nəticəsinə əsasən həmin nümunələrin aqoniya vəziyyətində və ya öldükdən sonra (leş əti) kəsilmiş at əti olması müəyyən edilib.

At cəmdəyi baytarlıq mütəxəssislərinin nəzarəti altında Qəbələ rayonundakı məişət tullantıları poliqonunda xüsusi ayrılmış ərazidə kütləvi informasiya vasitələrinin və  aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun olaraq  zərərsizləşdirilib