“Qafqazinfo”nun məlumatına görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, at 3 metr dərinliyi olan quyuya düşərək köməksiz vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə atı quyudan çıxarıblar. Əməliyyat saat 16:38-də başa çatıb.
Son xəbərlər
Son Xəbərlər