Bakının mərkəzində 16 yaşlı qız intihara cəhd edib.
"Qafqazinfo" “Report”a istinadən xəbər verir ki, hadisə Səbail rayonu, Kiçik Qala küçəsində qeydə alınıb.
Belə ki, 2001-ci il təvəllüdlü F.İ. intihar məqsədi ilə özünü qala divarından yerə atıb.
Yaralı çoxsaylı xəsarətlərlə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
***
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 16 yaşlı qızın onurğa sütununun bir neçə fəqərəsi və çanaq sümüyü sınıb. Hazırda Kliniki Tibbi Mərkəzdə müalicə olunur.
Gənc qızın intihara cəhd etməsinin əsas səbəbi ailədə ata-anasının yola getməməsi və ayrılmaq istəmələridir.
Son xəbərlər
Son Xəbərlər