Ata qəza törətdi, 5 yaşlı oğlu öldü

ata-qeza-toretdi-5-yasli-oglu-oldu
Oxunma sayı: 3307

Ağcabədi rayonunda azyaşlının ölümünə səbəb olan avtomobil qəzası baş verib.

“Qafqazinfo”nun Trend-ə istinadən xəbərinə görə, 32 yaşlı Vəliyev Etibar Zalış oğlu VAZ 2106 maşını idarə edərkən yoldan çıxıb və avtomobil aşıb.

Nəticədə, sürücünün 2017-ci il təvəllüdlü oğlu Vəliyev Zalış Etibar oğlu həyatını itirib.

Xəstəxanaya gələn kənd sakinlərinin dediklərinə görə, sürücü Etibar Vəliyev qəzanı törətməmişdən əvvəl içki məclisində olub və içkili halda avtomobili idarə edib.

Faktla bağlı araşdırma aparılır.