Ata Corc Buş xəstəxanaya yerləşdirilib

ata-corc-bus-xestexanaya-yerlesdirilib
Oxunma sayı: 792

ABŞ-ın eks-prezidenti ata Corc Buş xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Buşun mətbuat katibinin istinadən ABC News telekanalı məlumat yayıb.

“Keçmiş prezident Corc Buş xəstəxanaya yerləşdirilib, lakin o özünü normal hiss edir”, – deyə telekanalın “Twitter”dəki rəsmi səhifəsində bildirilib.

Telekanal məlumatına görə, keçmiş prezidentin ata Corc Buş Texas ştatının Hyuston şəhərindəki xəstəxanada müalicə olunur. Ona yüngül sətəlcəm diaqnozu qoyulub.