“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib.
Türkiyədə baş verən bu olayda ata Məhəmməd Dəmir maşınını evin həyətindən küçəyə çıxararkən küçədə oynayan 2 yaşlı qızı Fatmanın maşına yaxınlaşdığını görməyib. Fatmanın atası bilmədən avtomobillə qızının üzərindən keçib. M.Dəmir elə həmin maşınla da qızını xəstəxanaya çatdırıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb. Hadisədən xəbər tutan qızın anasının vəziyyəti pisləşib və xəstəxanaya yerləşdirilib.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər