Ata-oğul biznes vədi adı ilə 780 min manat mənimsədilər

ata-ogul-biznes-vedi-adi-ile-780-min-manat-menimsediler
Oxunma sayı: 2503

Qusarda dələduzluq edən ata və oğulla bağlı Rayon Polis Şöbəsinə şikayət daxil olub.

“Qafqazinfo” xəbər verir ki, Quxuroba kənd sakinləri Ayven Şahmuradov və atası Qayıbxan Şahmuradov ferma və bağçılıq biznesi qurmaq adı ilə Rusiya vətəndaşı Həmdulla Qədirovdan külli miqdarda pul alıblar.

Onlar 2017-2020-ci illərdə H.Qədirovun ümumilikdə 780 min manatını mənimsəyiblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

***

Ayven Şahmuradov "Qafqazinfo"ya müraciət edərək bildirib ki, zərərçəkmiş Həmdulla Qədirova olan borcu müqabilində ona əmlak verib və həmin məbləğ ödənilmiş sayılıb. Tərəflər arasında barışıq imzalandıqdan sonra cinayət işinə xitam verilib.

Amin Nəzərli