Ata qəzada öldü, oğlu xəsarət aldı - Foto

Ata qəzada öldü, oğlu xəsarət aldı
Oxunma sayı: 1674

Sabirabadda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

"Qafqazinfo" xəbər verir ki, “KAMAZ" markalı yük maşını "VAZ 2107" markalı minik avtomobili ilə toqquşub.

Nəticədə minik avtomobilinin sürücüsü 1981-ci il təvəllüdlü Abdullayev İbrahim Alış oğlu hadisə yerində ölüb.

İ.Abdullayevin 13 yaşlı oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli