Ata və azyaşlı övladı yandı - Balakəndə

ata-ve-azyasli-ovladi-yandi-
Oxunma sayı: 1836

Bu gün səhər saatlarında Balakən rayonunda yanğın olub.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, hadisə rayonun Gərəkli kəndində baş verib.
Vətəndaşa məxsus ümumi sahəsi 156 kv.m olan birmərtəbəli, 4 otaqlı kürsülü ev əşyaları ilə birlikdə yanıb.
Yanğın zamanı ev sahibi və onun azyaşlı övladı müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 08:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Murad Əhməd