Ata və oğlu maşın vurdu

ata-ve-oglu-masin-vurdu
Oxunma sayı: 1482


Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə şəhərin Bağmanlar yaşayış massivində qeydə alınıb. 62 yaşlı Aydın Məhərrəmov və oğlu 25 yaşlı Muraz yolu keçmək istəyərkən VAZ markalı avtomobil onları vurub.

Zərərçəkənlər qohumlarının köməyi ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. İlkin tibbi yardımdan sonra xəstələrin vəziyyəti normallaşıb.

Faktla bağlı araşdırma aparılır.