Bakıda ata və oğlunu bıçaqlayan şəxsin kimliyi məlum olub.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, aprelin 12-si saat 20 radələrində Binəqədi rayonun Hökməli qəsəbəsində 3 nəfər bıçaqlanıb. Belə ki, 1975-ci il təvəllüdlü Cəmil Nəsirli Cəmil, onun oğlu, 1998-ci il təvəllüdlü Zaur və qohumları, 1976-cı il təvəllüdlü Bürcəli Baxşəliyev bıçaqlanıblar. Ata və oğul sinəsindən, qohumları isə qarnından xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
İstintaq zamanı onları qonşuları, 1993-cü il təvəllüdlü Sərdar Əliyevin bıçaqladığı məlum olub. Ağsu rayon sakini olan S. Əliyev əvvəllər silah gəzdirmə və hədə-qorxu ilə tələb etməyə görə məhkumluq həyatı yaşayıb. O, hadisəni törətdikdən sonra qaçıb gizlənib. Hazırda onun saxlanılması üçün əməliyyat tədbirləri davam etdirilir.
Son xəbərlər
Son Xəbərlər