Ata və oğul döyüldü - Meşədə dava

ata-ve-ogul-doyuldu
Oxunma sayı: 2773

Gədəbəyin Dəlikdaş meşəsində dava olub.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə sentyabrın 16-da baş verib.

Rayonun Heriknaz kənd sakini, 1964-cü il təvəllüdlü Səlim Abbasov meşəyə odun toplamağa getdiyi vaxt meşə mühafizəçisi, Vilayət adlı şəxslə aralarında mübahisə olub və S. Abbasov döyülüb. Köməyə gələn oğlu, 1988-ci il təvəllüdlü Rüstəm Abbasovada bədən xəsarətləri yetirilib. Xəsarət alan ata və oğul müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.