Ata və oğul qəzaya düşdü

ata-ve-ogul-qezaya-dusdu
Oxunma sayı: 1232


“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, 20 yaşlı Bakı sakini Nadir Gülməmmədov idarə etdiyi “BMV” markalı minik maşını ilə üzü paytaxt istiqamətində hərəkətdə olub. Yolun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində sürücü avtomobilə nəzarəti itirib və maşın aşıb. 

Hadisə zamanı sürücü ilə yanaşı maşında olan sərnişin - sürücünün atası Cavad Gülməmmədov da xəsarət alıb. Yaralı şəxslər Sumqayıt şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriblər. Onların həyati təhlükəsinin olmadığı bildirilir. 

Qəzaya səbəb kimi ilkin olaraq sürət həddinin düzgün seçilməməsi göstərilir.