Ata və və azyaşlı qızı qəzada yaralandı

ata-ve-ve-azyasli-qizi-qezada-yaralandi
Oxunma sayı: 726

Kürdəmirdə baş verən yol qəzasında ata və qızı xəsarət alıb."Qafqazinfo"  APA -ya istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Ağsu-Kürdəmir-Bəhrəmtəpə yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Kürdəmir rayonunun Qarasaqqal kənd sakini, 1994-cü il təvəllüdlü Mərhəmət Zəfər oğlu Abdullayev idarə etdiyi "VAZ-21015" markalı maşınla hərəkətdə olarkən qarşıdan gələn "VAZ-2107" markalı maşınla toqquşub.
 
Nəticədə  "VAZ-21015" markalı maşının sürücüsü  M. Abdullayev və onun 2016-cı il təvəllüdlü qızı Röya Abdullayeva müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. 
 
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.