“Ata vəsiyyəti” ilmələrdə - Video

ata-vesiyyeti-ilmelerde
Oxunma sayı: 1734

Laçın Günündə “Ata vəsiyyəti – oğul Zəfəri” və “Bir millət, iki dövlət” adlı xalçaların hanadan kəsimi sərgilənib.

“Qafqazinfo” xəbər verir ki, “Ata vəsiyyəti – oğul Zəfəri” xalçası Ulu öndər Heydər Əliyevin Prezident İlham Əliyevə “Qarabağ vəsiyyəti” əsasında toxunub.

“Bir millət, iki dövlət” xalçası isə Ümummilli lider Heydər Əliyevin Türkiyə-Azərbaycan qardaşlığı haqqındakı məşhur “Bir millət, iki dövlət” müdrik kəlamı əsasında hazırlanıb.

Hər iki dövlətin bayrağının əks olunduğu xalçanın fonunda isə Qarabağın məşhur “Xətai” (XVII əsr) qrupuna aid “Əjdahalı” xalçasından və Türkiyənin “Lotto” (XVII əsr) xalçasından fraqmentlər verilib.

Qeyd edək ki, hər iki xalçanın müəllifi Elnarə Rəsulovadır.

Lamiyə Məmmədova