“Ata yurdunuzu həmişəlik tərk etməyin” - Ərdoğan

ata-yurdunuzu-hemiselik-terk-etmeyin
Oxunma sayı: 3607

"Ata-baba yurdunuzu həmişəlik tərk etməyin”.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan zəlzələdən zərər çəkmiş bölgələri araşdırmaq üçün getdiyi Adıyamanda deyib:

“Biz hər şeydən xəbərdarıq və lazım olanı edəcəyimizə heç kimin şübhəsi olmasın. Şəhərlərinizin qayğısına qalın, ata-baba yurdunuzu həmişəlik tərk etməyin. Dağılan hər evi yenidən sizə verəcəyik".

Qeyd edək ki, Adıyamanda 6 min 13 vətəndaş həyatını itirib.