“AtaBank” beynəlxalq reytinq almağa hazırlaşır

atabank-beynelxalq-reytinq-almaga-hazirlasir
Oxunma sayı: 797

Bank kreditlər, öhdəliklər və risklər üzrə reytinq almağı nəzərdə tutub. “AtaBank”dan “Qafqazinfo”ya verilən məlumata görə, artıq bu məqsədlə bankın Müşahidə şurası müvafiq qərar qəbul edib və 3 beynəlxalq şirkətlə danışıqlara başlanılıb. Bunlar “Fitch Ratings”, “Moody’s” və “Standard & Poor’s” şirkətləridir. Reytinqin alınması bankın maliyyə stabilliyinin, sağlam kredit portfelinə malik olmasının və yüksək ödəniş qabiliyyətinin göstəricisidir. Beynəlxalq kredit reytinqinin alınması “AtaBank” ASC-yə gələcəkdə daxili bazarla yanaşı, xarici bazarlardan da sərbəst vəsaitlərin cəlbinə, bununla da növbəti illərdə inkişafın davamlılığının və çoxşaxəliliyin təmin edilməsinə zəmin yaradır.

Məlumat üçün qeyd etmək lazımdır ki, bir qayda olaraq beynəlxalq reytinq agentlikləri tərəfindən təşkilat və şirkətlərə verilən reytinqlərin yuxarı həddi ölkə reytinqi ilə məhdudlaşır və bu gün bank bazarında cəmi bir neçə bank beynəlxalq kredit reytinqinə malikdir.

Nigar Məmmədli