Xəbər verdiyimiz kimi, Xırdalanda 4 mərtəbəli bina uçub.
“Qafqazinfo”nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hazırda dağıntılar altından bir nəfərin meyiti çıxarılıb.
Mərhumun kimliyi məlum olub. Məharət Abbasovun taksi sürücüsü olduğu bildirilib.
Qeyd edək ki, FHN partlayışla bağlı məlumat yayıb. Məlumatda qeyd olunur ki, 9 nəfər xilas olunub.
***
Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, Məharət Abbasovun 8 yaşlı qızı Aydan Abbasova da dünyasını dəyişib. Onun həyatını xilas etmək mümkün olmayıb. Xilasedicilər azyaşlının meyitini çıxarmağa çalışırlar.
Məharət Abbasovun xanımı Könül Abbasova isə xəstəxanadadır.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər