Türkiyənin rəmzləri Azərbaycan bayrağının rənglərinə boyandı - Fotolar+Video

turkiyenin-remzleri-azerbaycan-bayraginin-renglerine-boyandi
Oxunma sayı: 2434

Azərbaycanla Türkiyə arasında diplomatik münasibətlərin bərpasının 30-cu ildönümü münasibətilə Ankaranın simvollarından biri olan Atakule qülləsi Azərbaycan bayrağının rənglərinə boyanıb.

"Qafqazinfo" xəbər verir ki, qüllənin üzərində Türkiyə və Azərbaycan bayraqları, həmçinin türk və ingilis dillərində "Türkiyə-Azərbaycan diplomatik münasibətlərinin 30 illiyi mübarək olsun!” sözləri yazılmış lövhə əks olunub.

Bundan başqa, İstanbul şəhərində qitələri birləşdirən Boğaz körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Qeyd edək ki, Azərbaycana və qardaşlığımıza aid əlamətdar günlərdə həmrəylik nişanəsi olaraq Atakule qülləsinin Azərbaycan bayrağının rənglərinə boyanması ənənə halını alıb.