Atalarının ölümündün danışdı - “Toyumuzu görmədi...”

atalarinin-olumundun-danisdi
Oxunma sayı: 5750

“İnsan həyatda hər şeyə hazır olmalıdır. Çətin məsələdir.  Çünki qəmli mahnı olanda kövrəlirsən, hönkür-hönkür ağlayırsan. Bu zaman canlı efirdə yaddan çıxır. Bunların hamısını nəzərə alaraq 40 gün efirə çıxmadıq".

"Qafqazinfo"nun məlumatına görə, bu sözlər Sevil-Sevinc Səfərovalar Muz TV-yə açıqlamasında bildiriblər.

Əkizlər vurğulayıb ki, ataları onlarla hər zaman fəxr edib:

"Hamı bizə sula verir ki, atanızın ruhu şad olması üçün güləcəksiz? Anama görə belə sualların çox verilməyini istəmirik. İstəmirik ki, bizim ağladığımızı bilsin. Atam bizimlə həmişə fəxr edirdi. Onun xeyir-duası olmasaydı bu sferada olmazdıq. Ən çox məni kövrəldən bir məqam var. Atamız nə qardaşımızın, nə də bizim toyumuzu gördü. Hər bir valideyn istəyər ki, övladının toyunu görsün, nəvə-nəticəsi olsun”.