“Atam məni oyatdı ki, “dur, müharibə başladı”” - Qara Qarayev

atam-meni-oyatdi-ki-dur-muharibe-basladi
Oxunma sayı: 2277

“Qarabağ”ın və Azərbaycan milli komandasının futbolçusu Qara Qarayev 27 sentyabr – Anım Günü ilə bağlı paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, yarımmüdafiəçi feysbuk hesabında ötən ilin bu günü başlayan Vətən müharibəsi ilə bağlı bunları qeyd edib:

“29 il sonra Qarabağa doğru ilk addım elə bu dəqiqələrdən başladı. Səhər 06:00 radələrində atam oyatdı məni, dedi, “dur, müharibə başladı”. Tez oyandım və mənə ilk olaraq “tez internetdə nələr yazır, bax”, - dedi… O dəqiqədən sonra yazıları əsgərlərimiz yazdı… Öz qanı ilə, canı ilə Vətən yazdılar. Əbədi olaraq yaddaşlara yazdılar. Bütün dünyaya yazdılar. Qarabağ əzəli və əbədi Azərbaycan torpağıdır! Şəhidlərimizi böyük ehtiramla anırıq!”