Mərhum müğənni Rüfət Mehdiyevin qızı Jalə Mehdiyeva atası ilə bağlı xatirələrini bölüşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o, “O üz” verilişində danışıb:
“Hər zaman xəyal etmişəm ki, bir günümü atamla birlikdə keçirim. Bunu yaşaya bilməmişəm. Bu, ən zəif nöqtəmdir. Atamla bunu yuxumda yaşadım. Guya səhər oyandıq, bütün günü bizə sərf etdi. Atam dedi ki, get, hər zaman yanınızdayam. Düşünürəm ki, atam tərəfindən hər zaman qorunuram.
Atam rəhmətə gedəndən sonra bacımın psixoloji problemləri oldu. Bizimlə danışmırdı. Ağır günlər yaşadıq. Hazırda əlimdə olan hər şeyi verərdim ki, atamla birlikdə vaxt keçirim”.
Qeyd edək ki, R. Mehdiyev 2011-ci il fevralın 1-də insultdan dünyasını dəyişib.
Son xəbərlər
Son Xəbərlər