Bakı Ağır Cinayətlər Məhkəməsində taski sürücüsünü yumruqla vurub öldürməkdə təqsirləndirilən Murad Zəkiyevin məhkəməsi keçirib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Azər Paşayevin icraatında olan prosesdə M.Zəkiyev ifadə verərək mərhum Ruslan Hüseynovu vurmadığını deyib: “Atam qan içində evə gəldi və Ruslan adlı taksi sürücüsünün onu döydüyünü dedi. Həyətə düşüb onu axtardım. Bir nəfər yaxınlaşıb adının Ruslan olduğunu dedi və məni kənara çəkdi. Ondan atamı niyə döydüyünü soruşdum, həmin vaxt mənə yumruq atdı. Üzümü tutub kənara çəkildim, Ruslan isə yerə yıxıldı. Mən də evə getdim. Onu vurmamışam”.
M.Zəkiyev istintaqa ifadəsində R.Hüseynovun gicgahından bir yumruq vurduğunu deyib. Məhkəmədə isə sadəcə müstəntiqin dediklərini yazdığını bildirib.
Məhkəmə istintaqı tamamlanıb, dövlət ittihamçısı çıxış üçün vaxt istəyib. Proses aprelin 6-da davam etdiriləcək. Növbəti iclasda M.Zəkiyevə cəza istəiləcəyi gözlənilir.
2017-ci il avqustun 14-də Qaradağ rayonnunu Lökbatan qəsəbəsi ərazisində qəsəbə sakini Ruslan Dəmirovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb. Məlum olub ki, qəsəbə ərazisində R.Dəmirovla həmyerlisi Murad Zəkiyev arasında münaqişə baş verib. M.Zəkiyevin R.Dəmirovun sinə nahiyəsinə yumruqla vurması nəticəsində sonuncu yıxılaraq ölüb. Əməliyyat-axtarış tədbirləri ilə M.Zəkiyev tutulub.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər