“Atam Türkiyəyə aparılmayıb, Bakıdadır” - Yenilənib

atam-turkiyeye-aparilmayib-bakidadir
Oxunma sayı: 10247

Xalq artisti Arif Babayev səhhətində yaranan problemlə əlaqədar təcili Türkiyəyə aparılıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı sosial şəbəkədə teleaparıcı Hacı Nuran Hüseynov paylaşıb. O bildirib ki, xanəndə həkimlərin məsləhəti ilə Türkiyəyə aparılıb.

Qeyd edək ki, Arif Babayev ötən ilin sentyabrında insult keçirib.

***

Xalq artistinin oğlu Yaşar Babayev APA-ya açıqlamasında bildirib ki, Arif Babayev Türkiyəyə aparılmayıb, Bakıdadır.

O bildirib ki, atasının səhhəti normaldır: “Onun Türkiyəyə aparılması ilə bağlı deyilənlər yalandır, hazırda Bakıdadır. Sadəcə yaxın vaxtlarda müayinə üçün Türkiyəyə aparmağı planlaşdırırıq”.