“Atam yaxşı ki, məni döyüb, əllərinə qurban olum” - Əməkdar artist

“Atam yaxşı ki, məni döyüb, əllərinə qurban olum”
Oxunma sayı: 2183

Əməkdar artist Zakir Əliyev müzakirələrə səbəb olacaq açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, tanınmış xanəndə “Üzə-düz” proqramında qonaq olarkən uşaq vaxtı atası tərəfindən ağır şiddətə məruz qalmasına baxmayaraq valideyninə haqq qazandırdığını bildirib:

“Atam o qədər ciddi adam idi ki, bir dəfə o süfrədə rahat oturmamışam, çörək yeməmişəm. Mən atamla heç vaxt söhbət etməmişəm. Ondan çox çəkinirdik. O, qapıdan içəri girəndə hərəmiz bir tərəfə qaçırdıq ki, birdən bizi buyruğa göndərər. Zəhmli insan idi. Həm də mən çox dəcəl uşaq olmuşam. Məni döyüb, atamın əllərinə qurban olum! Yaxşı ki, məni döyüb, ipə-sapa yatmırdım”.