“Atama görə evdə xörək bişirə bilmirdik” - Video

atama-gore-evde-xorek-bisire-bilmirdik
Oxunma sayı: 7596

Mərhum atasından danışan aparıcı Lamiyyə Ələkbərova göz yaşlarına hakim ola bilməyib.

“Qafqazinfo” xəbər verir ki, “Günün sədası” proqramına müsahibə verən televiziyaçı doğmasının onkoloji xəstəlikdən vəfat etdiyini deyib:

“Atamda az-az öskürəklər var idi. Çox təkid etdim ki, gedək həkimə. Həkim dedi ki, zobdan deyil, onkoloji dispanserdə yoxladın. Həmin gün mənim üçün çox dəhşətli idi. Endoskopiya etdilər, yoxladılar. Müayinədən sonra dedilər ki, Ələkbər müəllim, siz gözləyin, qızınız gəlsin. Mən gəldim, dedilər ki, sənin atan xərçəng xəstəsidir”. 

Ələkbərova deyib ki, atasına son iki ayda şüa verildiyindən yemək yeyə bilmirdi: “Biz çalışırdıq ki, evdə xörək bişirməyək. Çünki atamı iy vururdu. Atam isə yemək yeyə bilmirdi, boğazına şüa vermişdilər, o da çox olmuşdu”.  

Qeyd edək ki, L. Ələkbərovanın atası tarzən, Əməkdar artist Ələkbər Ələkbərovdur. O, 2010-cu ildə dünyasını dəyişib.