Dünən azadlığa buraxılan Qırğızıstanın keçmiş Prezidenti Almazbek Atambayev İspaniyaya gedib.
“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, o, tibbi müayinə üçün İspaniyaya oğlu Kadırla yollanıb.
Məlumata görə, keçmiş Prezident azadlığa buraxıldıqdan sonra müalicə üçün xaricə səfər etməyi planlaşdırdığını, daha sonra ölkəyə geri dönəcəyini açıqlayıb.
Xatırladaq ki, fevralın 14-ü Qırğızıstanın Ali Məhkəməsi Atambayev barəsində açılan cinayət işinə təkrar baxılması barədə qərar qəbul edib.
Qeyd edək ki, A. Atambayev 2020-ci ilin iyununda kriminal avtoritet Aziz Batukayevin azadlığa buraxılmasında yol verilən korrupsiya əməllərində ittiham edilərək 11 il 2 ay həbs cəzasına məhkum edilib. O, Qırğızıstana 2011-2017-ci illərdə rəhbərlik edib.
Son xəbərlər
Son Xəbərlər