Məhkəmədən Qırğızıstanın keçmiş Prezidenti Almazbek Atambayevin 15 il müddətinə həbs edilməsi xahiş edilib. “Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə Bişkekin Pervomay Rayon Məhkəməsinin dəftərxanasından bildirilib.
“Prokurorlar bu cinayət işi çərçivəsində məhkəməyə Atambayevi 15 il müddətinə azadlıqdan məhrum etməyi təklif ediblər”, - məhkəmənin dəftərxanasından məlumat veriblər.
Qeyd edək ki, Atambayev ötən ilin 8 avqustunda Koy-Taş kəndindəki iqamətgahında güc strukturları və onun tərəfdarları arasında toqquşmaların baş verdiyi xüsusi əməliyyatdan sonra saxlanılmışdı. Hazırda Atambey həbsdədir. 2019-cu ilin dekabrında Atambayevi Milli Təhlükəsizlik Xidmətinin “Alfa” xüsusi təyinatlı bölməsinin əməkdaşının öldürülməsində ittiham etmişdilər.
Son xəbərlər
Son Xəbərlər