Atambayevə qarşı rəsmi ittiham irəli sürüldü

Atambayevə qarşı rəsmi ittiham irəli sürüldü
Oxunma sayı: 2052

Qırğızıstanın ek-prezidenti Almazbek Atambayevə qarşı rəsmi ittiham irəli sürülüb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, keçmiş prezident dövlət çevrilişinə cəhddə və qətl törətməkdə günahlandırılıb. Bu barədə Baş Prokurorluğun Operativ-axtarış Xidməti və İstintaq Fəaliyyəti üzrə rəisi Zamir Beyşekeyev məlumat verib. Bundan başqa, Atambayev kütləvi qarışıqlıq yaratmaqda, qətldə və ölümə səbəb olmaqda ittiham edilir.

O həmçinin, hökumət nümayəndələrinin girov götürülməsində, onlara qarşı zorakılıq tətbiq etməkdə günahlandırılır. Atambayevə ömürlük həbs veriləcəyi gözlənilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi