Atambayevə qarşı yeni ittiham irəli sürüldü

Atambayevə qarşı yeni ittiham irəli sürüldü
Oxunma sayı: 689

Qırğızıstanın həbsdə olan keçmiş Prezidenti Almazbek Atambayevə qarşı yeni ittiham irəli sürülüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “İnterfaks” eks-dövlət başçısının vəkili Zamir Jooşeva istinadən məlumat yayıb.

Qeyd olunur ki, Atambayev öz evində “Alfa” xüsusi təyinatlı dəstə komandirinin müavini Usenbek Niyazbekovu öldürməkdə ittiham olunur. Müstəntiqlər iddia edirlər ki, o, snayper tüfəngindən açılan atəş nəticəsində qətlə yetirilib.

Vəkilin sözlərinə görə, “Alfa”nın əməkdaşları  Milli Təhlükəsizlik Dövlət Komitəsinin (QKNB) cinayət əmrlərini yerinə yetiriblər: “Atambayevin əleyhdarları bütün işləri onun üstünə atmağa çalışırlar”.

Qeyd edək ki, 63 yaşlı A. Atambayev hazırda Milli Təhlükəsizlik Komitəsində saxlanılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi