Atambayevin həbs müddəti artırıldı

Atambayevin həbs müddəti artırıldı
Oxunma sayı: 903

Məhkəmə Qırğızıstanın keçmiş Prezidenti Almazbek Atambayevin həbs müddətinin uzadılmasına qərar verib. “Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti”yə onun vəkili Zamir Jooşev məlumat verib.

Müdafiə tərəfinin sözlərinə görə, məhkəmə Atambayevin həbs  müddətini iki aya, 15 mart 2020-ci ilə qədər artırıb.

Vəkil, həmçinin iş üzrə növbəti məhkəmə iclasının yanvarın 16-da keçiriləcəyini bildirib.

Xatırladaq ki, A. Atambayev ötən ilin avqustun 9-da həbs edilib. O, öz evində “Alfa” xüsusi təyinatlı dəstə komandirinin müavini Usenbek Niyazbekovu öldürməkdə ittiham olunur. Müstəntiqlər iddia edirlər ki, Niyazbekov snayper tüfəngindən açılan atəş nəticəsində qətlə yetirilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi