Atası Günelin həbs xəbərindən danışdı

atasi-gunelin-hebs-xeberinden-danisdi
Oxunma sayı: 2937


“Qafqazinfo”ya açıqlamasında müğənninin atası yayılan məlumatların əsassız olduğunu bildirib:

“Günelin məhkəməyə verilməsini kim yazıbsa, yalandan yazıb. Elə bir hadisə baş verməyib. Bizim məhkəmədən xəbərimiz yoxdur”. 

Qeyd edək ki, Türkiyə mətbuatı  Günel Zeynalovanın eks-sevgilisi Rza Zərrabı “başından güllələyərəm”  deyərək hədələdiyi iddiası ilə 6 ay azadlıqdan məhrum etmə cəzası verildiyini, lakin müğənninin yenidən eyni cinayəti işləməyəcəyi qənaəti ilə qərarın icrasının təxirə salındığını yazıb.