Atası ilə mübahisə edən çoban 239 keçini öldürdü

atasi-ile-mubahise-eden-coban-239-kecini-oldurdu
Oxunma sayı: 5254

Türkiyənin Kırklareli şəhərində qeyri-adi hadisə baş verib.

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Kırklarelidə Dereköy kəndində atası Erol Ç. ilə mübahisə etdiyinə görə çoban Kazım Ç. tövlədəki 239 keçini tələf edib. Belə ki, o, keçilərdən birini tüfənglə vurub, digərlərini isə bıçaqla kəsib.

Atasının şikayəti ilə Kazım Ç. polis bölməsinə aparılıb.