Nigeriya millisinin kapitanı Con Obi Mikelin başına iş gəlib. “Qafqazinfo” xəbər verir ki, dünya çempionatının qrup mərhələsində Argentina ilə oyundan öncə futbolçunun atası quldurlar tərəfindən oğurlanıb.
Bu, qarşılaşmadan 4 saat öncə baş verib. Quldurlar Obi Mikeldən atasını sağ buraxacaqları qarşılığında 28 min dollar tələb ediblər.
Bütün bunlara baxmayaraq, yarımmüdafiəçi Nigeriya Futbol Federasiyasına və baş məşqçiyə heç bir şey söyləməyərək oyuna çıxıb:
“Özümü itirmişdim. Nə edəcəyimi bilmirdim. 180 milyonluq Nigeriya xalqını üzə bilməzdim. Bu durumu başımdan çıxardım və ölkəmi təmsil etmək üçün sahəyə çıxdım. Əgər polisə desəydim, atamı öldürəcəkdilər. Vəziyyəti heç baş məşqçiyə də söyləmədim. Baş məşqçinin də fikrini yayındıra bilərdim. Çox istəsəm də, etmədim”
Nigeriyanın Argentinaya uduzmasından sonra Obi Mikel vətəninə gedərək məsələni yoluna qoyub. Sonra isə Çinə yollanıb. Atası Pa Mikel Obi polis tərəfindən quldurlardan alınıb və bundan sonra məsələ ortaya çıxıb.
Son xəbərlər
Son Xəbərlər