Atası qəyyumluqdan imtina üçün 2 milyon istəyir

atasi-qeyyumluqdan-imtina-ucun-2-milyon-isteyir
Oxunma sayı: 2534

Dünyaca məşhur müğənni Britni Spirsin atası Ceymi Spirs qızının qəyyumluğundan imtinanı qəbul edib.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə Qərb nəşrləri Los-Anceles Ali Məhkəməsindəki sənədlərə istinadən xəbər verib.

Bunun qarşılığında atası qızından iki milyon dollar təzminat ödəməyi tələb edib. Müğənninin vəkili Metyu Rosenqart qəyyumluqdan imtina etməyi pulla dəyişdirmək cəhdinin yolverilməz olduğunu bildirib. Onun fikrincə, atası qızının hesabına məhkəmə xərclərini ödəyəcək və borclarını bağlayacaq.

Xatırladaq ki, Spirs 2008 -ci ildən etibarən atasının himayəsindədir. Ata bütün bu müddət ərzində onun maliyyə, müalicə, şəxsi həyatı və karyerası ilə bağlı məsələlərə nəzarət edir. Keçən il Spirs qəyyumluğa etiraz etməyə çalışsa da, məhkəmədə uduzub.

Müğənni növbəti dəfə məhkəməyə müraciət edib.