Atasını belə məhkəməyə verib... - Rihannanın həyatından 7 qalmaqallı fakt

atasini-bele-mehkemeye-verib
Oxunma sayı: 3000

Təkcə oxuduğu mahnıları, çəkdirdiyi klipləri, verdiyi konsertləri ilə yox, həm də səs-küylü addımları, sözləri və hərəkətləri ilə yadda qalan dünya şöhrətli ulduz...

“Qafqazinfo” ABŞ müğənnisi Rihannanın həyatından 7 ən qalmaqallı faktı təqdim edir:

Beyonsla üz-üzə

Barbadosda doğulan və 16 yaşınadək orada yaşayan Rihanna 2004-cü ildə prodüser Evan Rodcersin dəvəti ilə ABŞ-a köçüb. Onun demo səs yazısını eşidən reper Jay-Z ifaçıya prodüserlik etməyə başlayıb və hətta onunla ilk tura yollanıb.

Həmin ərəfədə Jay-Z ilə görüşən, 2008-ci ildə isə ona ərə gedən Beyons onu yeni ulduza çox qısqanıb. Rihanna Beyonsu məşhurluqda ötüb keçəndə isə, sonuncu qalmaqal edib və hətta reperə sillə vurub. Lakin Rihanna ona heç vaxt qısqanclıq üçün bəhanə verməyib.

Klipdə ölüm

Rihanna provokasiyalı açıq-saçıq paltarlara sevgisi ilə məşhurdur. 2011-ci ildə musiqi kanallarında onun “Man Down” klipi yayımlandıqdan sonra o, insanları təcavüzə təhrik etməkdə və qurbanın cinayətkara olan səhv reaksiyasına görə ittiham olunub. Buna səbəb həmin ekran işində lirik qəhrəmanın təcavüzkarı vağzalda güllələməsi olub. Rihanna baş verənləri şərh etməyib, klipin yayımı isə bir neçə gündən sonra dayandırılıb.

Üç fərqli məhkəmə

2014-cü ildən Rihanna dəb biznesinin sahibidir – “Fenty University” (FU) markası altında geyim satır. Eyni adla (FU), lakin fərqli məna ilə geyim buraxan “Freedom United” kompaniyası 2018-ci ildə müğənnini məhkəməyə verib. Haqq isə onların tərəfində olub, ona görə ki, onlar şirkət adının qısaldılmış formasını (“FU”) 2006-cı ildən istifadə edir.

Yeri gəlmişkən, həmin hadisədən bir müddət əvvəl, bu bizneslə başladığı dövrdə Rihanna “Topshob” mağazalar şəbəkəsinə məhkəmədə qalib gəlib. Məhkəmə çəkişməsinə səbəb isə brendin Rihannanın razılığı olmadan üzərində onun şəkilləri olan köynək buraxması olub.

2019-cu ilin iyulunda Rihanna daha bir işə görə cavabdeh olub: amerikalı Beatris Qutyerres “Fenty Beauty” kosmetika saytını görmə qabiliyyəti zəif olan insanlar üçün xüsusi versiyasının olmadığına görə ittiham edib. Amerika qaydalarına görə isə bu, olmalıdır. Mənəvi zərərə görə qadın müğənnidən məhkəmə yolu ilə 15 min dollar almağa cəhd edib. İşin nəticəsi haqda məlumat yoxdur.

Atanı məhkəməyə vermək!

2019-cu ilin yanvarına Rihanna atası Ronald Fentini məhkəməyə verib. Buna səbəb ifaçının atasının onun şöhrətindən şəxsi məqsədlərinə görə istifadə etməsi olub. Belə ki, o, “Fenty Entertainment” adlı kompaniya yaradıb və “Fenty” adını otellər şəbəkəsi üçün qeydiyyat keçirmək istəyib. Uzun sürən araşdırmadan sonra məhkəmə müğənnini haqlı bilib və ataya bu cür addım atmağı qadağan edib.

Sözə baxmayan Tramp

Rihanna öz vətəndaş pozisiyası ilə də məşhurdur. Belə ki, ABŞ-ın immiqrasiya qanunvericiliyinə edilən dəyişikliklərdən sonra o, prezident Donald Trampı amoral donuz adlandırıb.  

2018-ci ilin noyabrında müğənninin vəkilləri ABŞ prezidentinə rəsmi müraciət ünvanlayıb ondan çıxışı zamanı Rihannanın mahnılarından istifadə etməməyi tələb edib. Məsələn, “Don’t Stop the Music” kompozisiyası bir neçə dəfə səslənib.