Atasını döyən oğul

atasini-doyen-ogul
Oxunma sayı: 1561

Daşkəsən rayonunda oğul atasına xəsarət yetirib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, rayonun Xoşbulaq kənd sakini, 1946-cı il təvəllüdlü Əliyev Sabir Qafar oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Ona müvafiq tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir. S.Əliyevin sözlərinə görə, oğlu ona dəmir parçası ilə zərbələr endirib.
Faktla bağlı araşdırma aparılır.