Atasını güllələyərək öldürdü

atasini-gulleleyerek-oldurdu
Oxunma sayı: 5594

Tovuzda oğul atasını güllələyərək öldürüb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisəni əslən Tovuz rayonundan olan Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Ceyhun Əliyev törədib.

O, ov tüfəngi ilə atası, 1947-ci il təvəllüdlü Qamət Əliyevi güllələyərək qətlə yetirib.

C.Əliyevin psixoloji problemlərinin olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Murad Əhməd