Adıyamanın Kahta ərazisində atasını bıçaqlayaraq öldürən aktyor Orhan Şimşekin məhkəməsi reallaşıb.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, proses Adıyaman 1.Ağır Cəza Məhkəməsində baş tutub.
Hakim məhkəmə prosesində O.Şimşekə söz verib, aktyor isə danışmaq istəmədiyini söyləyib.
Məhkəmədə Ankara Ədli Tibb İdarəsindən Şimşekin ruh sağlamlığının yerində olub -olmadığının müəyyənləşdirilməsi barədə hesabat oxunub.
Məhkəmə heyəti Şimşekin ruh sağlamlığı ilə bağlı yenidən Ədliyyə Tibb İdarəsindən hesabat alınması, aktyorun həbsdə saxlanılması barədə qərar çıxarıb.
Növbəti məhkəmə prosesi sentyabrın 22-də baş tutacaq.

Son xəbərlər
Son Xəbərlər