Atasını öldürən Laçının məhkəməsi - “Qorxumdan vurdum”

atasini-olduren-lacinin-mehkemesi
Oxunma sayı: 822

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində atasını öldürməkdə təqsirləndirilən Laçın Novruzovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə baxış iclası olub.

L.Novruzov deyib ki, daim evlərində dava-dalaş olub: "Mən özümü dərk edəndən belə idi. Atamı öldürmək niyyətim yox idi. Elə fikrim olsaydı, 17 yaşım olanda ederdim. Həmin gün atam üstümə bıçaqla gəldi, qorxumdan onu vurdum. Belə olmağını istəməzdim. Heç necə olduğunu da bilmədim".

L.Novruzovun anası danışaraq deyib ki, qətl ona görə olub: "Ərim həmişə məni döyürdü, iki dəfə də bıçaqlayıb. Mənim oğlum günahsızdır. O, anasına görə bu hadisəni elədi, Allah qarşısında günahsızdır. Bizim evimizi içki yıxdı".

Qeyd edək ki, 2017-ci il yanvarın 4-də baş verib. Mübahisəyə səbəb atanın içkili olması olub. L.Novruzov atasına 20 bıçaq zərbəsi vuraraq qətlə yetirib. 

Murad Əhməd