Mayın 12-də Şəki rayonunun İnçə kənd sakini, 1959-cu il təvəllüdlü İsmayıl Gülüyevin yaşadığı ünvanda meyiti aşkar edilib.
Bu barədə “Qafqazinfo”ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı İsmayıl Gülüyevin şəxsi münaqişə zəminində oğlu, 1998-ci il təvəllüdlü Katıf Gülməmmədli tərəfindən mayın 4-də boğularaq öldürülməsi və atasını öldürdükdən sonra onun mobil telefonunu Bakı şəhərinə apararaq orada satması müəyyən edilib.
Katıf Gülməmmədli tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
***
Şəki rayon prokurorluğundan verilən məlumata görə, mayın 14-də faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Katıf Gülməmmədli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İbtidai istintaq davam edir.
Son xəbərlər
Son Xəbərlər