Atasını və bacısını bıçaqladı- - Fotolar

atasini-ve-bacisini-bicaqladi-
Oxunma sayı: 1586


“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə iyunun 25-də günorta saatlarında rayonun Uzuntəpə kəndində qeydə alınıb. Kənd sakini, 1995-ci il təvəllüdlü Əjdər Rasim oğlu Nəhmətov ailə münaqişəsi zəminində atası, 1966-cı il təvəllüdlü Rasim Nəhmətova və bacısı, 1999-cu il təvəllüdlü Təhminə Əjdər qızı Nəhmətovaya bıçaqla bir neçə yerdən bədən xəsarəti yetirib.  Yaxınlarının sözlərinə görə, ruhi-əsəb xəstəsi olan Əjdər əvvəllər də münaqişə  zəminində ailə üzvlərini döyməklə onlara xəsarət yetirib.

Faktla bağı Cəlilabad Rayon Polis Şöbəsində araşdırmalara başlanıb.