“Qafqazinfo” xəbər verir ki, İsaxanlı açıqlamasında həmin görüntülərin qızına aidiyyatı olmadığını və videodakı xanımın qızının rəfiqəsi Katya olduğunu bildirib. Rektor, həmçinin Ülkərin dostlarını cəzadan xilas etmək üçün ifadəsində kamera görüntülərindəki qızın özü olduğunu və şikayəti olmadığını deyib.
Rektorun açıqlamasında maraqlı məqam isə ondan ibarətdir ki, İsaxanlı özü də bilmədən qızını cinayət məsuliyyətinə cəlb edib. Belə ki, Cinayət Məcəlləsinin 297-ci maddəsi yalan ifadəyə görə cəza təyin edir. Həmin maddəni olduğu kimi təqdim edirik:
Maddə 297. Bilə-bilə yalan ifadə vermə, yalan rəy vermə və ya yanlış tərcümə etmə
297.1. Məhkəmədə və ya ibtidai istintaqda şahid, zərərçəkmiş şəxs tərəfindən yalan ifadə vermə və ya ekspert tərəfindən bilə-bilə yalan rəy vermə, habelə tərcüməçi tərəfindən bilə-bilə yanlış tərcümə etmə
- beş yüz manatdan min manatadək miqdarda cərimə və ya yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Son xəbərlər
Son Xəbərlər