35 yaşlı realiti- şou ulduzu Kim Kardaşyan yeni doğulmuş oğlu Saint Uestin şəklini “İnstagram” səhifəsində paylaşıb.
“Qafqazinfo”nun məlumatına görə, hollivud ulduzu oğlunun ilk şəklini 2003-cü ildə ölən atası Robert Kardaşyanın 72-ci doğum günündə paylaşaraq belə şərh verib:
“Bu gün atamın doğum günüdür. Bilirəm ki, bu dünyada heç bir şeyi nəvələriylə tanış olmaqdan daha çox istəməzdi. Buna görə də Saintin bu şəklini hamınızla paylaşmaq istədim”.
Qeyd edək ki, K. Kardaşyanın Kanye Uestdən North adlı bir qızı da var.

Son xəbərlər
Son Xəbərlər