Atasının postuna göz dikən prezident qızı yeni klip çəkdirdi - - Video

atasinin-postuna-goz-diken-prezident-qizi-yeni-klip-cekdirdi-
Oxunma sayı: 3758


Özbəkistan prezidentinin qızı Gülnarə Kərimova “Mənimlə qal” (Yonimda boling) adlı yeni klip çəkdirib. “Qafqazinfo” xəbər verir ki, yanvarın 2-dən etibarən klip YouTube-da prezidentin qızına məxsus rəsmi kanalda yerləşdirilib. Artıq 10 min dəfə baxılan klipi Kərimova tvitter hesabında “çoxdan gözlənilən hədiyyə” adlandırıb. 

Qeyd edək ki, ölkəsinin ən tanınmış iş qadınlarından olan Gülnarə Kərimova professional olaraq vokalla məşğuldur. O, Ququş təxəllüsü ilə şer yazır, oxuyur və musiqi bəstələyir. 

Bu günlərdə Özbəkistanın “Birjevoy lider” saytı ölkədəki siyasətçilərin məşhurluq reytinqini təqdim etmişdi. Siyahıda yuxarı pillədə atasının postuna ən iddialı namizəd olan Gülnarə Kərimova dayanıb. İkinci yerdə ölkə başçısı İslam Kərimov, üçüncü yerdə isə ölkənin Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Rüstəm İnoyatov durub.