İllərdir ki, külüsü olan iki məşhur- Özcan Dənizlə Mahsun Kırmızıgül arasında baş verən gərginlik sona çatıb. “Qafqazinfo” xəbər verir ki, barışıq ötən gün Özcanın atası Sadiq Dənizin yas mərasimində reallaşıb.
Heç bir məşhurun olmadığı cənazəyə Kırmızıgül gəlib. O, Özcana başsağlığı verərək yas boyu yanında olub.
Qeyd edək ki, ifaçının atası Sadıq Dəniz 1 ildir mübarizə apardığı xərçəng xəstəliyindən vəfat edib.
O, bir neçə ay idi ki, xəstəxanada müalicə alırdı.

Son xəbərlər
Son Xəbərlər