Atasının yerə çırpdığı körpənin vəziyyəti necədir?

atasinin-yere-cirpdigi-korpenin-veziyyeti-necedir
Oxunma sayı: 3761

Ötən gün atası tərəfindən qəsdən yerə çırpılan 11 aylıq körpənin vəziyyəti yaxşılaşmağa doğru gedir.

Bunu “Qafqazinfo”ya Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkimi, neyrocərrah Bəhruz Eyvazov bildirib.

O əlavə edib ki, hazırda uşağın müalicəsi davam edir: “Körpənin vəziyyəti stabildir. Yaxşılaşma müşahidə olunur”. 

Qeyd edək ki, hadisə Yasamal rayonunun Xaqan Dadaşov küçəsində baş verib. Ata 11 aylıq körpəsini qəsdən yerə çırpıb. Uşaq ağır kəllə beyin travması alıb, baş nahiyəsi ciddi şəkildə zədələnib. Hadisəni törədən E.A. tutularaq istintaqa təhvil verilib.

Lamiyə Məmmədova