Atatürkü o canlandıracaq

Atatürkü o canlandıracaq
Oxunma sayı: 2380

Aktyor Aras Bulut İynemli Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkü canlandıracaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalist Ayşe Arman instaqramda bildirib.

O, layihənin “Lanistar Medya” tərəfindən hazırlandığını, ekran işinin rejissorunun Mehmet Ada Öztekin olduğunu bildirib.

Layihə 2023-cü ildə Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə təqdim olunacaq.

Qeyd edək ki, A. B. İynemli tamaşaçılara daha çox “Öyle bir geçer zaman ki”, “Çukur” serialları, həmçinin “7. Koğuştaki mucize” filmindən tanışdır.