Türkiyənin Ardahan rayonunda hər il iyulda ortaya çıxan “Atatürk silueti” bu il də görünüb.
“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, siluet rayonun Damal qəsəbəsindəki Karadağlar dağında müşahidə olunub.
Dağın ətəyinə düşən kölgə Mustafa Kamal Atatürkün fotosunu xatırladıb. Görüntü buludsuz havalarda yerli vaxtla 17:50-18:10 radələrində ortaya çıxır.
Bu gün tarixi hadisəni izləmək üçün yüzlərlə insan qəsəbəyə üz tutub.
Qeyd edək ki, bunu ilk dəfə 1975-ci ildə Ərdoğan Qumru adlı şəxs çəkib və daha sonra xəbər Türkiyəyə yayılıb.
Son xəbərlər
Son Xəbərlər